Millimiz məğlub oldu
09.09.2026 - 18:51
Millimiz məğlub oldu

17 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası Moldovanın U-18 yığması ilə beynəlxalq yoldaşlıq turniri çərçivəsində ikinci oyununu keçirib.

Apasport.az xəbər verir ki, “Technical Center of FAM” meydançasında keçirilən qarşılaşma Moldova millisinin 3:1 hesablı qələbəsi ilə başa çatıb.

Qeyd edək ki, Azərbaycan millisi daha əvvəl Moldovanın U-17 komandasına 0:2 hesabı ilə uduzub. Komanda sentyabrın 11-də isə Latviyanın U-17 komandası ilə üz-üzə gələcək.