“Qarabağ”ın matçı italiyalılara tapşırıldı
22.02.2026 - 16:53
Çempionlar Liqasının pley-off mərhələsində İngiltərədə keçiriləcək “Nyukasl” – “Qarabağ” oyununun hakimləri açıqlanıb.
Apasport.az xəbər verir ki, fevralın 25-də baş tutacaq görüşü İtaliyalı hakimlər briqadası idarə edəcək.
Baş hakim Davide Massa olacaq. Ona yan xətt hakimləri Filippo Meli və Stefano Alassio kömək edəcəklər.
Dördüncü hakim funksiyasını Luka Payretto yerinə yetirəcək. VAR-da Daniele Şiffi və Kristian Dingert olacaq.
Qeyd edək ki, “Qarabağ” ilk görüşdə rəqibinə 1:6 hesabı ilə məğlub olub.
0
0