Boksçumuz erməni rəqibini məğlub edib
22.04.2024 - 20:44
Azərbaycan boksçusu Anaxanım İsmayılova Serbiyanın paytaxtı Belqradda keçirilən Avropa çempionatına qələbə ilə başlayıb.
Apasport.az xəbər verir ki, 48 kq-da mübarizə aparan yığma üzvü 1/8 finalda Lusine Gevorqyanı (Ermənistan) mübarizədən kənarlaşdırıb.
İsmayılova rəqibini 5:0 (29:28, 29:28, 29:28, 29:28, 29:28) hesabı ilə məğlub edib. O, 1/4 finalda ilk döyüşdən azad olan Sevda Yuliyanova (Bolqarıstan) ilə qarşılaşacaq. Bu döyüş aprelin 23-də olacaq.
Qeyd edək ki, Avropa çempionatına aprelin 28-də yekun vurulacaq.
- Taekvondo üzrə Azərbaycan millisi Şəkidə təlim-məşq toplanışına başlayıb
- Azərbaycan çempionatında 31 komandanın boksçusu mübarizə aparacaq
- Bakıda boks məşqçiləri üçün seminar keçirilir
- Azərbaycan bu il 3 beynəlxalq boks turnirinə ev sahibliyi edəcək
- Boksçularımız 2025-ci ildə beynəlxalq yarışlarda 231 medal qazanıblar
7
0