İki cüdo hakimimiz B kateqoriyalı lisenziya alıb
04.06.2024 - 12:54
İki cüdo hakimimiz B kateqoriyalı lisenziya alıb

1-2 iyunda Avstriyanın Qrats şəhərində Avropa Cüdo Birliyi (EJU) tərəfindən hakimlər üçün “B” kateqoriyalı beynəlxalq dərəcəli hakim adının alınması üçün imtahan keçirilib.

Apasport.az xəbər verir ki, imtahanda Azərbaycan Cüdo Federasiyasının hakimlər heyətinin üzvləri Pərviz Hüseynov və Mehman İmamquliyev da iştirak ediblər.

İlkin olaraq hakimlər nəzəri hissəyə dair imtahan veriblər.

Daha sonra, 1-2 iyunda keçirilən gənclər arasında Avropa Kuboku yarışlarında görüşləri idarə edərək praktiki imtahan veriblər. Həm nəzəri, həm də praktiki imtahanı yaxşı nəticə ilə keçən hakimlərimiz “B” kateqoriyalı hakimlik lisenziyasını əldə ediblər.

0