Dünya çempionatının lideri Maks Ferstappen “Formula-1” üzrə 2025-ci il mövsümünün 23-cü mərhələsi – Qətər Qran-prisində növbəti qələbəsini əldə edib.
Apasport.az xəbər verir ki, yarış Lusail trasında keçirilib və Ferstappen startdan finişə qədər üstünlüyünü qoruyaraq yarışı lider kimi başa vurub.
Podiumun ikinci pilləsinə “Maklaren” pilotu Oskar Piastri, üçüncü yerə isə “Uilyams” komandasının ispaniyalı sürücüsü Karlos Sains yüksəlib.
Qeyd edək ki, mövsümün sonuncu – 24-cü mərhələsi 5–7 dekabr tarixlərində Əbu-Dabidə keçiriləcək və dünya çempionatının yekun sıralaması məhz bu yarışdan sonra müəyyənləşəcək.
- МОК transgender idmançıların Olimpiadada iştirakını qadağan edib
- Hokkeydə daha əvvəl görülməyən qol - VİDEO
- Corc Rassell Çin Qran-prisinin sprint yarışının qalibi oldu
- Xizək Alpinizmi üzrə Avropa Çempionatına və Dünya Kubokuna yekun vurulub - FOTO
- Xizək Alpinizmi üzrə Avropa Çempionatının üçüncü gününə yekun vurulub - FOTO