İslam Oyunları: Azərbaycan idmançıları paraddan keçiblər - VİDEO
07.11.2025 - 21:40
Azərbaycan idmançıları Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadda keçirilən VI İslam Həmrəyliyi Oyunlarının açılış mərasimində rəsmi paraddan keçirlər.
Apasport.az saytının Ər-Riyad şəhərinə ezam olunan əməkdaşının məlumatına görə, tədbir "Al Janadryah"da təşkil olunur.
Paradda Azərbaycan bayrağını ağırlıqqaldıran Dadaş Dadaşbəyli və voleybolçu Nilufər Ağazadə daşıyırlar.
Turnirdə 57 ölkədən 3000-dən çox idmançı 23 növdə medallar uğrunda mübarizə aparır.
Azərbaycan yarışda 20 növdə 174 idmançı ilə təmsil olunur.
Qeyd edək ki, İslamiadanın bağlanış mərasimi noyabrın 21-də olacaq.
- İdmançılarımız dünya çempionatında çıxış edəcəklər
- Oskar Piastri: “Bakı mənim üçün xüsusi trekdir”
- İtaliya Qran-prisi rekordlarla yadda qaldı, Azərbaycan Qran-prisi yaxınlaşır
- İdmançılarımız Türkdilli Dövlətlərin III Universiadasını 9 medalla başa vurublar - FOTO
- Piastri liderliyi qoruyur, Norris podiumdan kənarda
1
0