2 güləşçimiz finalda!
20.05.2024 - 19:39
2 güləşçimiz finalda!

Bakıda güləş üzrə U-23 Avropa çempionatı start götürüb.

Apasport.az xəbər verir ki, yarışın ilk günündə yunan-Roma güləşçiləri mübarizə aparırlar.

5 çəki dərəcəsi üzrə baş tutacaq görüşlərdə finalçılar bəlli olacaq. Xalçaya çıxan Azərbaycan millisinin 3 güləşçisi yarımfinala vəsiqə qazanıb.

Qeyd edək ki, yığmamız qitə birinciliyində yunan-Roma güləşində 10 idmançı ilə təmsil olunur. Yarış mayın 26-a qədər davam edəcək.

Yunan-Roma güləşi
55 kq

Rəşad Məmmədov Avropa çempionatına 1/4 finaldan başlayıb. O, Maksim Stupakeviçə (AİN) 6:2 hesabı ilə qalib gələrək 1/2 finala vəsiqə qazanıb. Məmmədov yarımfinalda Giorgi Toxadzeyə (Gürcüstan) uduzub. Rəşad bürünc medal uğrunda yarışacaq.

63 kq
Ziya Babaşov təsnifat mərhələsində Mairbek Salimovla (Polşa) üz-üzə gəlib və rəqibini 1:4 hesabı ilə məğlub edərək 1/4 finala yüksəlib. Milli üzvü ikinci qarşılaşmasında Talibşo Xaybarov (AİN) üzərində tam üstünlüklə (8:0) qələbə qazanaraq yarımfinala yüksəlib. O, Abere Feteneni (İsrail) məğlub edərək, adını finala yazdırıb.

77 kq
Xasay Həsənli 1/8 finalda İsmail Barakoyevlə (AİN) güləşib. Görüşdən üstün ayrılan (6:2) pəhləvan ardınca ukraynalı İrfan Mirzoyevə tam üstünlüklə (10:2) qalib gələrək yarımfinalda iştirak hüququ qazanıb. Həsənli bu mərhələdə Aleksandrin Qutu (Rumıniya) ilə qüvvəsini sınayıb. Güləşçimiz təmiz qələbə qazanaraq, finalçı olub.

87 kq
Laçın Vəliyev təsnifat mərhələsində Açiko Balkvadzeyə (Gürcüstan) 0:9 hesabı ilə məğlub olub.

130 kq
Sərxan Məmmədov 1/4 finalda Dmitri Baboruykoya (AİN) 0:3 hesabı ilə uduzub.

0