Güləş üzrə milli komandalar 2026-cı ilin ilk təlim-məşq toplanışlarına start veriblər.
Apasport.az xəbər verir ki, yanvarın 7–11-i aralığında keçirilən Azərbaycan çempionatından sonra milli komandaların heyəti müəyyənləşib və hazırlıq mərhələsinə start verilib.
Belə ki, yunan-Roma güləşi üzrə milli komanda yanvarın 14–dən, sərbəst güləş üzrə yığma isə yanvarın 18-dən Göygöl Olimpiya İdman Kompleksində təlim-məşq toplanışına başlayıb.
Yunan-Roma güləşçiləri ayın 25-dək, sərbəst güləşçilər isə yanvarın 31-dək Göygöldə daha çox fiziki hazırlığın yüksəldilməsinə hesablanmış hazırlıq prosesini davam etdirəcəklər. Toplanışın gedişində taktiki-texniki çalışmalara da yer ayrılacaq.
Qadın güləşi üzrə milli isə bu gün Bakıda bir araya gəlib. Güləş Federasiyasının qadın güləşi üzrə təlim-məşq bazasında təşkil edilən toplanış fevralın 3-də yekunlaşacaq.
Qeyd edək ki, növbəti aydan beynəlxalq yarışlarda iştirak nəzərdə tutulub. Qadın güləşçilər 2026-cı ilə ilk reytinq turniri sayılan “Zaqreb Open”lə (4-8 fevral) start verəcək. Kişilərdən ibarət komandalarımız isə növbəti reytinq turnirində – Tiranada keçiriləcək Muhamet Malo Memorialında (25 fevral – 1 mart) debüt edəcəklər.
- Prezident İlham Əliyev: İdmançılarımızın özlərini layiqincə aparmaları məni çox sevindirir
- Dövlət başçısı: Əminəm ki, gələcəkdə də qızlar qızıl medal qazanacaqlar, mən buna şübhə etmirəm
- Prezident: Avropa yarışlarında Azərbaycan idmançılarına qarşı ədalətsizlik dünya çempionatlarına nisbətən daha çox olur
- Azərbaycan Prezidenti: İdmançılarımızda qələbə əzmi çox güclüdür
- Prezident İlham Əliyev: Güləşimizin böyük ənənələri var və biz bu ənənələri yaşadırıq