Bu həftə Xorvatiyanın Poreç şəhərində çimərlik güləşi üzrə 2 beynəlxalq yarış keçiriləcək.
Apasport.az xəbər verir ki, sabah U17 yaş qrupu üzrə Avropa çempionatı baş tutacaq. Qitə birinciliyində baş məşqçi Oyan Nəzərianinin rəhbərliyi altında Əlirza Heybətli, Elcan Həsənov (hər ikisi 60 kq), Rəşad Əliyev (70 kq), Elvin Hacıquliyev, Ruslan Vəliyev (hər ikisi 80 kq), Möhlət Qasımov və Tural Eynullayev (90 kq) uğur qazanmağa çalışacaq.
Mayın 30-31-də isə böyüklər qum üzərinə çıxacaq. Dünya Seriyasının II mərhələsində baş məşqçi Oyan Nəzəriani və məşqçi kimi yarışda debüt edəcək İbrahim Yusubovun rəhbərliyi altında Rübail İbrahimli (70 kq), Sahib Dadaşov (80 kq), Vüsal Əliyev (80 kq), Əşrəf Aşırov (90 kq) və İslam İlyasov (+90 kq) mübarizə aparacaq.
Hər iki yarışda I-S dərəcəli hakim Sədi Quliyev ədaləti qoruyacaq.
- Azərbaycan güləşçilərindən beynəlxalq turnirdə 8 medal
- Millimiz dünya çempionatına Bakıda hazırlaşır
- Bakı Güləş Məktəbinə 47 şagird qəbul olunub
- Qadın güləşi üzrə Azərbaycan millisinin məşqçisi Həsrət Məmmədyarov vəfat edib
- Azərbaycanın 6 idmançısı çimərlik güləşi üzrə Dünya Seriyasının IV mərhələsində yarımfinala yüksəlib