Dörd güləşçimiz Dünya Seriyasında çıxış edəcək
08.05.2026 - 14:55
Mayın 9u və 10-u tarixlərində Vyetnamın Dananq şəhərində böyüklər arasında Dünya Seriyasının ilk mərhələsi keçiriləcək.
Apasport.az xəbər verir ki, kişilərin yarışında 4 çəki üzrə 14 ölkədən 40 idmançının iştirak edəcək.
Baş məşqçi Oyan Nəzərianinin rəhbərliyi altında Dünya Seriyasında ölkəmizi Rübail İbrahimli (70 kq), Vüsal Əliyev, Sahib Dadaşov (hər ikisi 80 kq) və Əşrəf Aşırov (90 kq) təmsil edəcək.
Sabah qrup mərhələsinin ilk 2 turu baş tutacaq. Növbəti gün isə sonuncu tur, yarımfinal və medal görüşləri keçiriləcək.

- Prezident İlham Əliyev: Güləşimizin böyük ənənələri var və biz bu ənənələri yaşadırıq
- Prezident İlham Əliyev Avropa çempionatında komanda hesabında çempion olan güləşçiləri qəbul edib
- AÇ: İki güləşçimiz qızıl medal qazandı - YENİLƏNİB
- İslam Bazarqanov: “Bu, mənim üçün çox prinsipial görüş idi”
- Xetaq Qazyumov ilin məşqçisi seçilib
0
0