Güləşçimiz İslam Oyunlarını gümüş medalla başa vurub
19.11.2025 - 19:04
Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadda keçirilən VI İslam Həmrəyliyi Oyunlarında yunan-Roma güləşi üzrə yarışlar davam edir.
Apasport.az xəbər verir ki, 97 kq çəkidə mübarizə aparan Murad Əhmədiyev final görüşünə çıxıb.
Təmsilçimiz həlledici matçda iranlı Mohammadhadi Saravi ilə üz-üzə gəlib.
Qarşılaşma rəqibin 5:1 hesablı qələbəsi ilə yekunlaşıb.
Güləşçimiz bu nəticə ilə İslamiadanı gümüş medalla başa vurub.
0
0