İdmançımız yarımfinala yüksəldi
05.04.2024 - 14:59
Azərbaycanın yunan-Roma güləşçisi Beka Kandelaki Bakıda keçirilən Avropa Olimpiya Təsnifat turnirində yarımfinala yüksəlib.
Apasport.az xəbər verir ki, 130 kq çəki dərəcəsində yarışan güləşçimiz 1/4 finalda Bolqarıstan təmsilçisi Georgi İvanovu mübarizədən kənarlaşdırıb.
Kandelaki rəqibini 9:0 hesabı ilə məğlub edib.
Qeyd edək ki, o, daha öncə norveçli Oskar Marvikə tam üstünlüklə (9:1) qalib gələrək 1/4 finala vəsiqə qazanmışdı
- Azərbaycan Güləş Federasiyasında yeni komitə təsis edilib
- Azərbaycan Güləş Federasiyası MÜTDA ilə birlikdə yeni layihəyə start verib
- Azərbaycanın sərbəst güləş millilərində yeni məşqçi təyinatları olub
- Millinin baş məşqçisi Vyetnamda təlim keçib
- Azərbaycanın güləş yığmaları hazırlıqları müxtəlif bölgələrdə davam etdirirlər
0
0