Sərbəst güləş üzrə Avropa çempionu İslam Bazarqanov (57 kq) qələbə təəssüratlarını bölüşüb.
Apasport.az xəbər verir ki, idmançı federasiyanın mətbuat xidmətinə açıqlama verib.
“Hələ də inana bilmirəm ki, çempion olmuşam. Hisslərimi sözlə ifadə edə bilmirəm. Bu, mənim üçün çox prinsipial görüş idi. Dünya çempionatında Musa Mextixanova məğlub olmuşdum. Onun güləş üslubu mənə uyğun gəlmirdi. Köklənmək çətin idi. Allaha şükürlər olsun ki, qalib gələ bildim.
Məşqçilər heyətinə, Azərbaycan Güləş Federasiyasının rəhbərliyinə təşəkkür edirəm. Bu yarışa yüksək səviyyədə hazırlaşmaq üçün hər bir şərait yaradılmışdı. Kislovodsk və Bakıda ağır təlim-məşq toplanışları keçdik. Bütün bunların faydasını da yarışda gördük”.
- Azərbaycan Güləş Federasiyasında tibbi məsələlərlə bağlı iclas keçirilib
- Azərbaycan Güləş Federasiyasının Texniki və Hakimlər Komitəsinə yeni üzvlər seçilib
- Azərbaycanın çimərlik güləşçiləri Dünya Seriyasının II mərhələsində iki medal qazanıblar
- Azərbaycanın çimərlik güləşi millisi Avropa çempionu olub
- Azərbaycanın çimərlik güləşçiləri Xorvatiyada iki beynəlxalq turnirdə mübarizə aparacaqlar