Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadda keçirilən VI İslam Həmrəyliyi Oyunlarında Azərbaycanın sərbəst güləşçiləri finala vəsiqə qazanıblar.
Apasport.az xəbər verir ki, 74 kq çəki dərəcəsində çıxış edən Ağanəzər Novruzov yarımfinalda bəhreynli Maqomedrasul Asluyevə 7:5 hesabı ilə qalib gələrək finala yüksəlib.
86 kq-da mübarizə aparan Arseniy Djioyev isə yarımfinalda tacikistanlı Maqomet Yevloyevdən üstün olaraq finala çıxıb.
Digər tərəfdən, 97 kq-da çıxış edən Maqomedxan Maqomedov 1/4 final mərhələsində mübarizəni dayandırıb.
125 kq çəki dərəcəsində çıxış edən Giorgi Meşvildişvili isə yarımfinalda məğlub olaraq bürünc medal uğrunda mübarizə aparacaq.
Qeyd edək ki, VI İslam Həmrəyliyi Oyunları bu gün başa çatacaq.
- Azərbaycan Güləş Federasiyasında yeni komitə təsis edilib
- Azərbaycan Güləş Federasiyası MÜTDA ilə birlikdə yeni layihəyə start verib
- Azərbaycanın sərbəst güləş millilərində yeni məşqçi təyinatları olub
- Millinin baş məşqçisi Vyetnamda təlim keçib
- Azərbaycanın güləş yığmaları hazırlıqları müxtəlif bölgələrdə davam etdirirlər