Milli komandamız Avropa çempionu olub: 2 qızıl, 3 bürünc
23.04.2026 - 00:41
Milli komandamız Avropa çempionu olub: 2 qızıl, 3 bürünc

Albaniyanın Tirana şəhərində keçirilən Avropa çempionatında Yunan-Roma güləşi üzrə Azərbaycan millisi komanda hesabında birinci yeri tutub.

Apasport.az xəbər verir ki, çempionatın yekununa əsasən, yığma komandamızın aktivində 133 xal olub.

Türkiyə 121 xalla 2-ci, Gürcüstan 118 xalla 3-cü pillədə qərarlaşıb.

Güləşçilərimiz yarışda ümumilikdə 5 medal - 2 qızıl və 3 bürünc qazanıblar. Həsrət Cəfərov (67 kq) və Qurban Qurbanov (82 kq) Avropa çempionu adını qazanıblar.

Bürünc mükafatlara isə Rəşad Məmmədov (55 kq), Nihat Məmmədli (60 kq) və İslam Abbasov (87 kq) sahib çıxıb.