Yunan-Roma güləşi üzrə milli komandanın yeni baş məşqçisi Məhəmməd Bəna təyinatı ilə bağlı Azərbaycan Güləş Federasiyasının mətbuat xidmətinə açıqlama verib.
Apasport.az xəbər verir ki, mütəxəssis qarşıya qoyulan hədəflərdən danışıb:
“Azərbaycan milli komandasının baş məşqçisi seçildiyim üçün çox xoşbəxtəm. Azərbaycan komandası çox böyük bir komandadır və uzun illərdir dünya miqyasında medallara sahibdir. Bu iş mənim üçün çox çətindir, lakin seçilmiş məşqçi heyəti ilə birlikdə böyük əzmlə çalışırıq. Heyətimizdə üç iranlı və üç azərbaycanlı məşqçi var. Gələcəkdə komandamıza başqa mütəxəssislərin də qoşulması nəzərdə tutulur.
Ümid edirəm ki, Azərbaycan güləşinin səviyyəsini qoruyub saxlaya və onu daha da inkişaf etdirə biləcəyik. 23 ildir gözlənilən bir medal var. İndi isə ümid edirik ki, bundan da artıq nəticə əldə edərək Olimpiya qızıl medalını qazana biləcəyik. Hazırladığımız proqramlar vasitəsilə inşallah, güləşin keyfiyyəti günbəgün daha da yüksələcək.
Azərbaycan Güləş Federasiyasının hörmətli rəhbərliyi ilə apardığımız danışıqlarda əsas məqsədimiz tam aydındır. Biz bütün diqqətimizi Olimpiya qızıl medalına yönəltmişik. Bu yolda iki böyük sınağımız var və istəyirik ki, onları da uğurla başa vuraq. Əsas hədəfimiz Olimpiadaya qədər qalan bu iki il ərzində düzgün və uğurlu bir yol keçməkdir.
Yolumuz müxtəlif uğurlarla müşayiət olunacaq, lakin nəticədə Olimpiya qızıl medalına çatmaq istəyirik. Burada olduğum və bu böyük məsuliyyəti daşıdığım üçün çox xoşbəxtəm”.
- Prezident İlham Əliyev: İdmançılarımızın özlərini layiqincə aparmaları məni çox sevindirir
- Dövlət başçısı: Əminəm ki, gələcəkdə də qızlar qızıl medal qazanacaqlar, mən buna şübhə etmirəm
- Prezident: Avropa yarışlarında Azərbaycan idmançılarına qarşı ədalətsizlik dünya çempionatlarına nisbətən daha çox olur
- Azərbaycan Prezidenti: İdmançılarımızda qələbə əzmi çox güclüdür
- Prezident İlham Əliyev: Güləşimizin böyük ənənələri var və biz bu ənənələri yaşadırıq