Rusiya və Belarus güləşçilərinə beynəlxalq yarışlarda öz bayraqları və himnləri altında çıxış etməyə icazə verilib.
Apasport.az xəbər verir ki, bu barədə Rusiyanın idman naziri Mixail Deqtyarev özünün "Teleqram" kanalında məlumat yayıb.
O, bildirib ki, Birləşmiş Dünya Güləşi Federasiyası (UWW) Rusiya idmançılarının bütün yaş kateqoriyalarında heç bir məhdudiyyət olmadan beynəlxalq yarışlarda iştirak etməsinə icazə vermək qərarına gəlib. Güləşçilər milli komandanın tərkibində dövlət bayrağı və himni altında yarışa biləcəklər.
Rusiya güləşçiləri protokollarda "RUS", Belarus güləşçiləri isə "BLR" qısaltmaları ilə fərqləndiriləcəklər. Qızıl medallar qazanılarsa, mükafatlandırma mərasimlərində müvafiq ölkələrin dövlət himnləri səsləndiriləcək.
Qeyd edək ki, 2022-ci ilin fevral ayının sonlarında Beynəlxalq Olimpiya Komitəsi federasiyalara Rusiya və Belarus idmançılarını yarışlardan kənarlaşdırmağı tövsiyə edib.
- Azərbaycan güləşçilərindən beynəlxalq turnirdə 8 medal
- Millimiz dünya çempionatına Bakıda hazırlaşır
- Bakı Güləş Məktəbinə 47 şagird qəbul olunub
- Qadın güləşi üzrə Azərbaycan millisinin məşqçisi Həsrət Məmmədyarov vəfat edib
- Azərbaycanın 6 idmançısı çimərlik güləşi üzrə Dünya Seriyasının IV mərhələsində yarımfinala yüksəlib