Sərbəst güləş üzrə ölkə çempionatında daha 5 çəkidə finalçılar müəyyənləşib
10.01.2026 - 22:27
Sərbəst güləş üzrə ölkə çempionatında daha 5 çəkidə finalçılar müəyyənləşib

Sərbəst güləş üzrə Azərbaycan çempionatında 5 çəki üzrə final görüşləri keçiriləcək.

Apasport.az xəbər verir ki, Bakı İdman Sarayında keçirilən yarışın dördüncü günündə sərbəst güləş üzrə 61, 70, 79, 92 və 125 kq-da finalçılar müəyyənləşib.

61 kq  
Nürəddin Novruzov ("Neftçi") – Ceyhun Allahverdiyev (MOİK)

70 kq  
Kənan Heybətov ("Sərhədçi") – Ramik Heybətov (AHİTA)

79 kq  
Fərid Cabbarov ("Neftçi") – Cəbrayıl Hacıyev (AGF)

92 kq  
Abubakr Abakarov (AGF) – Ali Tsokoyev (AGF)

125 kq  
Giorgi Meşvildişvili ("Neftçi") – Yusif Dursunov ("Neftçi")

Qeyd edək ki, sabah bu çəkilərdə həlledici qarşılaşmalar keçiriləcək. Saat 10:00-da təsəlliverici görüşlər, 12:00-da isə medallar uğrunda final matçları baş tutacaq.