Serbiyanın Novi Sad şəhərində U23 dünya çempionatı davam edir.
Apasport.az xəbər verir ki, bu gün yunan-Roma güləşi üzrə ilk medalçılar müəyyənləşib.
Ziya Babaşov (63 kq) finalda moldovalı Vitali Yeryomenkoyla qarşılaşıb. Güləşçimizin ötən il keçirilən analoji yarışda bu çəkidə dünya çempionu, həmçinin bu il böyüklər arasında dünya və Avropa üçüncüsü olmuş rəqibiylə görüşün ilk hissəsində işlətdiyi 4 xallıq fənd mübarizədə həlledici rol oynayıb. 6:3 hesablı qələbə qazanan Ziya bu yarışda medal hesabımızı açıb. Babaşov karyerasında ilk dəfə dünya çempionu olub.
Laçın Vəliyev (87 kq) ilk təsəlliverici görüşdə özbəkistanlı Muradcan Alimcanova 7:5 hesabıyla qalib gəlib. Həmyerlimiz ikinci təsəlliverici görüşdə isə italiyalı Leon Rivaltanı ilk xal prinsipinə əsasən (1:1) üstələyib. Vəliyev bürünc medal uğrunda qarşılaşmada amerikalı Payton Yakobsona 3:5 hesabıyla məğlub olaraq, mundialı 5-ci pillədə başa vurub.
- Prezident İlham Əliyev: İdmançılarımızın özlərini layiqincə aparmaları məni çox sevindirir
- Dövlət başçısı: Əminəm ki, gələcəkdə də qızlar qızıl medal qazanacaqlar, mən buna şübhə etmirəm
- Prezident: Avropa yarışlarında Azərbaycan idmançılarına qarşı ədalətsizlik dünya çempionatlarına nisbətən daha çox olur
- Azərbaycan Prezidenti: İdmançılarımızda qələbə əzmi çox güclüdür
- Prezident İlham Əliyev: Güləşimizin böyük ənənələri var və biz bu ənənələri yaşadırıq