Azərbaycan Həndbol Federasiyasının prezidenti, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İdarə Heyətinin sədri Saleh Məmmədov Avstriyaya səfər edib.
Apasport.az xəbər verir ki, o, Vyanada Avropa Həndbol Federasiyasının prezidenti Maykl Vidererlə görüşüb.
Avropa Həndbol Federasiyasının baş ofisində təşkil olunan görüşdə Azərbaycanda həndbolun inkişafı, son zamanlar görülən işlər, yaxın gələcəkdə beynəlxalq yarışların ölkəmizdə təşkil olunması və digər məsələlərlə bağlı fikir mübadiləsi aparılıb.
Maykl Viderer ötən il Bakıda 17 yaşlı qızlar arasında Avropa çempionatının yüksək səviyyədə təşkilinə görə Azərbaycana təşəkkürünü bildirib.