Kişi həndbolçular arasında Azərbaycan çempionu müəyyənləşib
13.05.2024 - 11:37
Kişi həndbolçular arasında Azərbaycan çempionatının qalibi müəyyənləşib.
Apasport.az xəbər verir ki, sonuncu turda Mingəçevirdə yerli "Kür" komandası "Bakı"nı qəbul edib.
Bu görüş ərəfəsində rəqibləri cəmi iki xal ayırırdı. Meydan sahibləri 28 xalla yarış cədvəlinin birinci, “Bakı” 26 xalla ikinci pilləsində qərarlaşmışdı.
Rəqibini 23:18 hesabı ilə üstələyən "Kür" Azərbaycan çempionu olub. Son oyunda məğlubiyyətlə barışan “Bakı” yarışın gümüş, “Azəryol” komandası isə bürünc medalları ilə kifayətlənməli olub.
- “Azəryol” belaruslu baş məşqçi ilə yeni müqavilə bağlayıb
- İsgəndər Əsgərov Bolqarıstan - Türkiyə matçına təyinat alıb
- Həndbol üzrə Azərbaycan çempionatlarında III turun oyunları keçirilib
- Azərbaycanın Əməkdar məşqçisi vəfat edib
- Həndbol üzrə Azərbaycan çempionatlarında 2025/2026 mövsümünə start verilib
0
0