Millimiz bu gün Kosovo ilə qarşılaşacaq
15.08.2024 - 16:55
18 yaşadək həndbolçu oğlanlardan ibarət Azərbaycan millisi növbəti oyununu keçirəcək.
Apasport.az xəbər verir ki, yığmamız Kosovo ilə görüşəcək.
Qarşılaşma Avropa çempionatının ilkin mərhələsi çərçivəsində baş tutacaq.
İlk iki matçda uduzan komandamız qələbə üçün meydana çıxacaq. Görüş Priştinada təşkil olunacaq. Matç bu gün Bakı vaxtı ilə saat 20:30-da başlayacaq.
Qeyd edək ki, millimiz ilk iki turda Bolqarıstana 22:48, Belçikaya 16:40 hesabı ilə uduzub.
- “Azəryol” belaruslu baş məşqçi ilə yeni müqavilə bağlayıb
- İsgəndər Əsgərov Bolqarıstan - Türkiyə matçına təyinat alıb
- Həndbol üzrə Azərbaycan çempionatlarında III turun oyunları keçirilib
- Azərbaycanın Əməkdar məşqçisi vəfat edib
- Həndbol üzrə Azərbaycan çempionatlarında 2025/2026 mövsümünə start verilib
0
0