Millimiz Özbəkistanda ilk qələbəsini qazanıb
16.05.2024 - 14:21
Millimiz Özbəkistanda ilk qələbəsini qazanıb

Azərbaycanın qadınlardan ibarət həndbol millisi Özbəkistanın paytaxtı Daşkənddə keçirilən Mərkəzi Asiyanın Açıq Çempionatında ilk matçına çıxıb.

Apasport.az xəbər verir ki, yığma yerli OKMK klubu ilə üz-üzə gəlib.

Qarşılaşma komandamızın 30:28 (18:13) hesablı qələbəsi ilə yekunlaşıb.

Qeyd edək ki, mayın 21-dək davam edəcək yarışda 9 komanda mübarizə aparır.

Yığmamız A qrupunda Qazaxıstanın ALMATA REGİON və Özbəkistanın ROPSTTM kollektivləri ilə də qarşılaşacaq.

Qruplarda ilk iki yeri tutacaq komandalar yarımfinala yüksələcəklər.

0