Azərbaycan Həndbol Federasiyasında (AHF) 31-ci ölkə kubokunun püşkatma mərasimi keçirilib.
Apasport.az xəbər verir ki, tədbirdə hakimlər kollegiyasının üzvləri, idman şöbəsinin əməkdaşları və komandaların baş məşqçiləri iştirak ediblər.
Federasiyanın idman şöbəsinin rəhbəri, Avropa Həndbol Federasiyasının nümayəndəsi İsgəndər Əsgərov 2024/2025 mövsümündə ölkə kubokunun aprelin 26-da “AHF Arena”da start götürəcəyini bildirib. Olimpiya sistemi ilə təşkil olunacaq yarış 1/4 finaldan başlayacaq.
2023/2024 mövsümündə ölkə kubokunun finalçıları olan kişilərdən ibarət “Azəryol” və “Bakı”, qadınlardan ibarət “Azəryol” və “Kür” komandaları yarımfinaldan mübarizəyə qoşulacaqlar. Bu mərhələyə mayın üçüncü ongünlüyündə start veriləcək.
Tədbirdə turnirin reqlamenti, qaydaları və oyun cədvəli haqqında ətraflı məlumat verilib, iştirakçı komandaların siyahısı elan olunub. Ümumilikdə 9 kişi (“Azəryol”, “Bakı”, “Dinamo”, “Gənclər Birliyi”, “İdman Akademiyası”, “Kür”, “Qarabağ”, “Təhsil”, U-17) və 7 qadın (“Azəryol”, “Qarabağ”, “İdman Akademiyası”, “Azərsu”, U-16) komandası əsas mükafat uğrunda mübarizə aparacaq.
Püşkatma mərasimindən sonra iştirakçıların sualları cavablandırılıb, turnirlə bağlı bütün detallar müzakirə edilib.
- “Azəryol” belaruslu baş məşqçi ilə yeni müqavilə bağlayıb
- İsgəndər Əsgərov Bolqarıstan - Türkiyə matçına təyinat alıb
- Həndbol üzrə Azərbaycan çempionatlarında III turun oyunları keçirilib
- Azərbaycanın Əməkdar məşqçisi vəfat edib
- Həndbol üzrə Azərbaycan çempionatlarında 2025/2026 mövsümünə start verilib