Hidayət Heydərov Kimdir? Cüdonun Ulduzu Haqqında Maraqlı Məlumatlar
31.07.2024 - 11:24
Hidayət Heydərov Kimdir? Cüdonun Ulduzu Haqqında Maraqlı Məlumatlar

Hidayət Heydərov kimdir?

Hidayət Heydərov 73 kq çəki dərəcəsində çıxış edən azərbaycanlı cüdoçudur. Azərbaycan milli komandasının üzvü olan Hidayət 73 kq çəki dərəcəsində Olimpiya, dünya və dördqat Avropa çempionudur.

Hidayət Heydərovun neçə yaşı var?

Olimpiya çempionumuz 27 iyul 1997-ci ildə anadan olub. Hazırda 27 yaşı var.

Hidayət Heydərovun medalları

Qızıl medal:

2024 Yay Olimpiya Oyunları (Paris)
2024 Dünya Çempionatı (Əbu-Dabi)
2017 Avropa Çempionatı (Varşava)
2022 Avropa Çempionatı (Sofiya)
2023 Avropa Çempionatı (Monpelye)
2024 Avropa Çempionatı (Zaqreb)
2017 İslam Həmrəyliyi Oyunları (Bakı)

Gümüş medal:

2018 Avropa Çempionatı (Varşava)
2019 Yay Universiadası (Neapol) 

Bürünc medal:

2018 Dünya Çempionatı (Bakı)
2019 Dünya Çempionatı (Tokio)
2022 Dünya Çempionatı (Daşkənd)
2019 Avropa Oyunları (Minsk)
2019 Avropa Çempionatı (Minsk)
2023 Avropa Çempionatı (Priştina)

Hidayət Heydərovun həyatı

Hidayət Heydərov 27 iyul 1997-ci ildə Qazaxıstanın Karaqanda şəhərində dünyaya gəlib. Heydərovlar ailəsi əslən Göyçayın Alxasava kəndindəndir. Hidayətin 3 yaşı olarkən ailəsi Bakıya köçüb. O, 6 yaşında ikən atası dostlarının da məsləhəti ilə oğlunu cüdo məktəbinə yazdırır. Hidayətin ilk müəllimi Tərlan Həsənov olub. O, hələ də ilk məşqçisi ilə çalışır. Milli komandadakı məşqçisi isə Mehman Əzizovdur.

Hidayət Heydərov 2012-ci ildə kadetlər arasında Azərbaycan çempionatında bürünc medal qazanıb. Bir il sonra Avropa və böyüklər arasında Azərbaycan çempionu olub. 2014-cü ildə Yunanıstanın paytaxtı Afinada keçirilən Avropa birinciliyində 66 kq çəki dərəcəsində birinciliyi əldə edib. 

Hidayət Heydərovun şəxsi həyatı

Cüdoçu kiçik yaşlarından döyüş idman növləri ilə yanaşı, futbola da maraq göstərib. O, İngiltərənin “Mançester Yunayted” klubunun qatı azarkeşidir. Boş vaxtlarında futbol və basketbol oynamağı sevir.

Hidayət Heydərovun ailə vəziyyəti

Hidayət Heydərov ailəlidir, həyat yoldaşı Leyla Şahin məşhur bloqerdir.

Hidayət Heydərovun Olimpiada yolu

Mübarizə 1/8 final mərhələsindən başlayan Hidayət israilli Tohar Bulbuladan üstün olub. O, 1/4 finalda kanadalı Artur Margelidonu, yarımfinalda isə Akil Qyakovanı məğlub edib. 73 kq çəki dərəcəsində mübarizə aparan idmançımız finalda ev sahibi Fransa təmsilçisi Con Benjamin Qabanı üstələyərək Yay Olimpiya Oyunlarının qızıl medalını qazanıb.

 


 

0