Kilian Mbappe kimdir? Gənc Futbol Ulduzunun Həyatı və Karyerası
31.07.2024 - 16:17
Kilian Mbappe kimdir? Gənc Futbol Ulduzunun Həyatı və Karyerası

Fransa milli komandasında və oynadığı klublarda vacib uğurlar əldə edən və oynayacağı illərdə bu uğurlarının sayını artıracaq sima: Kilian Mbappe!

Kilian Mbappenin neçə yaşı var?

20 dekabr 1998-ci ildə anadan olmuş ulduz futbolçunun hazırda 25 yaşı var.

Kilian Mbappenin həyatı

Mbappe Fransanın Bondi şəhərində anadan olub. Kamerunlu atası futbol məşqçisi, əlcəzairli anası isə keçmiş həndbolçu idi. İdmançı ailəsində dünyaya göz açan Kilianın qardaşları da futbolla maraqlanırdılar. 6 yaşında olarkən atası ona futbol məşqləri keçirdi.

İçərisində olduğu mühitdən qurtulmaq istəyən Kilian xilasının hər şeydən çox sevdiyi futbolla olacağını bilirdi. Fransa Futbol Federasiyası tərəfindən tanınacaq qədər məşhurlaşan gənc ulduz gələcəkdə vacib bir sima olacağının siqnallarını hələ o vaxtlardan verirdi.

“Monako”da bir ulduz doğur

Uşaqlığından etibarən böyük klubların diqqətini çəkən Mbappe “Çelsi”nin gənc komandası ilə oyuna çıxdı. Daha sonra ulduzunun parlayacağı komanda olan “Monako”nun aşağı yaş qruplarına qoşuldu.

“Gənc ulduz” ünvanının haqqını verən Mbappe digər fransız ulduz Tyerri Anrinin “Monako” rekordlarını qırmağı bacardı. “Monako” forması ilə oyuna çıxan ən gənc oyunçu və qol vuran ən gənc futbolçu kimi tarixə keçdi. 2016-cı ildə “Monako” ilə 3 illik müqaviləyə imza atdı və ilk professional müqaviləsini əldə etmiş oldu.

“Monako”da oynadığı illərdə həm ölkənin, həm də Avropanın böyük klubları tərəfindən izlənən Mbappe 2017-ci ildə komandası ilə Çempionlar Liqasında yarımfinala yüksəldi. Eyni mövsüm Fransa Liqasının qalibi oldu.

Mbappe və “PSJ” macərası

2017-ci ilin avqustunda Fransanın ən böyük klublarından “Paris Sen-Jermen”ə icarəyə göndərilən Mbappe ilk mövsümdə adını bütün dünyaya eşitdirməyi bacardı. Hücumçu kimi çıxış etsə də, bütün mövqelərə öz faydasını verən Kilian komanda yoldaşları arasında böyük hörmət qazanır.

Mbappe bazar qiyməti və transfer xəbəri ilə də sensasiya olmağı bacaran oyunçudur. Paris klubunda ilk ilini icarə əsasında keçirən ulduz 145 milyon avro və 35 milyon avro əlavə xərclərlə ən bahalı gənc və Fransa daxilindəki ən bahalı futbolçu transferi olaraq tarixə keçməyi bacardı.

Mbappenin “PSJ”dəki uğurları

Mbappe “PSJ” karyerasında Neymar, Di Mariya, Kavani kimi ulduz adlarla birlikdə oynayaraq futbolunu hər gün inkişaf etdirməyə davam edib. 

2018-2019 mövsümündə Liqa 1-də “İlin oyunçusu” seçildi.

2018-2019 və 2019-2020 sezonlarında Paris klubunun çempionluğuyla 3 mövsüm boyu çempion komandanın heyətində olmuş oldu.

2019-2020-ci illər mövsümündə Çempionlar Liqasının gümüş medalçısı oldu.

Mbappe və Fransa milli komandası

Fransanın gənclərdən ibarət komandalarında və əsas millidə forma geyinən Mbappe qatıldığı turnirlərdə komandası üçün vurduğu qollarla rəqiblərinin qorxulu yuxusuna çevrildi. 2016-cı ildə UEFA Avropa U-19 Çempionatında komandası ilə kuboku qazanan gənc ulduz 2018-ci ildə sürətini artıraraq FİFA Dünya Çempionatını başı üzərinə qaldırmağı bacardı.

Mükafatlara doymayan gənc ulduz

Qazandığı kuboklarla yanaşı beynəlxalq arenada önəmli birincilik və şərəf mükafatları alan Mbappe 2017-ci ildə “Qızıl oğlan”, 2018-ci ildə FİFA Dünya Kubokunun ən yaxşı gənc futbolçusu oldu.

2017 və 2018-ci illərdə “İlin Fransız Futbolçusu” kimi bir-birindən dəyərli mükafatlar qazanıb.


 

 


 

0