Heydər Əliyev Fondunun təşəbbüsü ilə sayca 7-ci dəfədir təşkil edilən “Bakı marafonu-2024” keçirilib.
Apasport.az-ın xəbərinə görə, “Küləyə qalib gəl” şüarı ilə təşkil edilən marafonda Azərbaycan Kanoe və Avarçəkmə Federasiyası (AKAF) da iştirak edib.
Marafona federasiyanın rəhbər heyəti, məşqçilər və idmançılar qatılıb.
Məlumat üçün bildirək ki, “Bakı marafonu 2024”də 18 mindən çox iştirakçı yarışıb. Həmçinin marafona 200 nəfərdən artıq fəxri qonaq, 6 mindən çox tələbə, tanınmış incəsənət nümayəndələri, ölkəmizdə yaşayıb-çalışan əcnəbilər və digər ölkələrdən qoşulublar.
“Küləyə qalib gəl” şüarı ilə keçirilən marafonun start və finiş nöqtələri Dövlət Bayrağı Meydanında təşkil olunub. Marşrut Dənizkənarı bulvar ərazisindən keçməklə şəhərin mərkəzi küçə və prospektlərini əhatə edib.
- Azərbaycanın akademik avarçəkənləri İtaliyada xatirə turnirində iştirak edəcəklər
- Azərbaycan avarçəkənləri Türkiyədəki turnirdə 3 medal qazanıblar
- Avarçəkmə üzrə "Prezident Kuboku" ilk dəfə Sərsəngdən start götürəcək
- Avarçəkənlərimiz beynəlxalq reqatada mübarizə aparacaq
- Azərbaycan idmançıları yelkənli qayıq üzrə Avropa çempionatında yarışacaqlar