Azərbaycan Kanoe və Avarçəkmə Federasiyası (AKAF) ilk dəfə akademik avarçəkmə üzrə konsept trenajorda Federasiya birinciliyi təşkil edəcək.
Apasport.az xəbər verir ki, AKAF Federasiya birinciliyini 2 fevral – Azərbaycan Gəncləri Günündə keçirəcək.
Mingəçevir “Kür” Olimpiya Tədris-İdman Mərkəzində baş tutacaq yarışda paytaxt Bakı və Mingəçevirdən olan 30 nəfərdən çox idmançı qatılacaq.
Qalib idmançılar federasiya tərəfindən diplomla mükafatlandırılacaq. Yarışın keçirilməsində əsas məqsəd idmançıların fiziki hazırlıqlarının yoxlanılmasıdır.
Qeyd edək ki, konsept trenajorda avarçəkmə yarışları dünyada geniş yayılıb. Bu növdə Avropa və dünya çempionatları kimi böyük yarışlar keçirilir.
- Tatyana Smilovenko Avropa çempionatında Azərbaycanı təmsil edəcək
- Avarçəkənlərimiz Uralsk reqatasını medallarla başa vurublar
- Azərbaycan yelkənçiləri Türkiyədə "Lorima Cup" beynəlxalq reqatasında iştirak ediblər
- Azərbaycan "Prezident Kuboku 2026" beynəlxalq reqatasını 9 medalla başa vurub
- "Prezident Kuboku 2026" beynəlxalq reqatasının püşkatma mərasimi keçirilib