Avarçəkənimiz Türkiyədə iki medal qazanıb - VİDEO
23.04.2024 - 21:53
Türkiyənin Muğla şəhərində avarçəkmə üzrə “Bahar Kuboku” adı altında açıq Türkiyə çempionatı keçirilib.
Apasport.az xəbər verir ki, yarışda qardaş ölkənin əksər şəhər və regionlarından 200 nəfərdən artıq idmançı mübarizə aparıb.
Bütün yaş kateqoriyaları üzrə təşkil olunan turnirdə Azərbaycan avarçəkəni 2 medal qazanıb. Əlimurad Hacızadə tək nəfərlik kayak qayığında 200 və 500 metr məsafəyə yürüşlərdə üçüncü yer tutub.
- Beş azərbaycanlı yelkənçi Mərakeşdə keçiriləcək dünya çempionatına qatılacaq
- Avarçəkənlərimiz Dünya Kubokunda yarışacaq
- Tatyana Smilovenko Avropa çempionatında mübarizə aparacaq
- Tatyana Smilovenko Avropa çempionatında Azərbaycanı təmsil edəcək
- Avarçəkənlərimiz Uralsk reqatasını medallarla başa vurublar
1
0