
Azərbaycan Kanoe və Avarçəkmə Federasiyası Qarabağda, ilk dəfə Füzulidə beynəlxalq avarçəkmə yarışı təşkil edir.
Apasport.az xəbər verir ki, “Mingəçevir Reqatası-2024”-də 12 ölkə - Azərbaycan, Estoniya, Gürcüstan, İtaliya, Macarıstan, Qazaxıstan, Litva, Moldova, Polşa, Türkiyə, Ukrayna və Özbəkistandan 100-dək avarçəkən Köndəlançayda avar çəkəcək.
Oktyabrın 17-də Füzulinin azad olunması günündə Köndələnçay su anbarında reqatanın rəsmi açılış mərasimi, 16 və 18 oktyabrda Mingəçevir “Kür” Olimpiya Tədris-İdman Mərkəzində gərgin mübarizə və yarışların bağlanış mərasimi baş tutacaq. Qələbə sevincini birlikdə yaşayaq!
- AKAF ilk dəfə konsept trenajorda avarçəkmə yarışı keçirəcək
- AKAF COP29 ilə əlaqədar genişmiqyaslı avarçəkmə yürüşü təşkil edib
- AKAF-dan ölkəmizdə keçiriləcək COP29-a növbəti dəstək
- "Mingəçevir reqatası-2024”ün bağlanış mərasimi keçirilib
- Təmsilçilərimiz "Mingəçevir reqatası-2024”də 24 medal qazanıblar