"Hava şəraiti bizim üçün bir qədər çətin olsa də, yarış çox həyəcanlı və maraqlı idi".
Apasport.az xəbər verir ki, bu sözləri avarçəkmə üzrə "Prezident Kuboku 2024” beynəlxalq reqatasının ilk günündə 2006-2007-ci il təvəllüdlü idmançılar arasında 200 metr məsafəyə kayak yarışında gümüş medal qazanan Türkiyə təmsilçisi Naci Oğuzhan Baydemir deyib.
İdmançı hava şəraitinin əlverişsiz olmasına baxmayaraq, yarışın həyəcanlı və maraqlı keçdiyini bildirib: "Rəqibim yarışa məndən daha tez başladığı üçün saniyə fərqi ilə qızıl medalı əldən verdim. İkinci olduğum yarışda azərbaycanlı Amil Ramazanov bürünc medal qazandı. Onu təbrik edirəm. İndiki hədəfim isə 1000 metr məsafəyə yarışda birinci olmaqdır”.
Qeyd edək ki, “Prezident Kuboku-2024” beynəlxalq reqatası mayın 3-dək davam edəcək.
- Avarçəkənlərimiz III MDB Oyunlarına iki medalla başlayıb - FOTO
- Rusiya Avarçəkmə Federasiyasının prezidenti: "MDB Oyunları gənc idmançılar üçün vacib bir startdır"
- Avarçəkmə üzrə Azərbaycan çempionatında ilk günə yekun vurulub
- Azərbaycanın yelkən idmançısı 20 yaşında vəfat edib
- Təmsilçilərimiz 3-cü yerin sahibi olublar