La Liqa: “Real”dan növbəti qələbə
09.02.2026 - 02:04
İspaniya La Liqasında XXIII turun oyunları davam edir.
Apasport.az xəbər verir ki, “Atletiko Madrid” öz meydanında “Real Betis”lə üz-üzə gəlib.
Gərgin keçən qarşılaşmanın taleyini 1 qol həll edib. Qonaqlar rəqibini minimal hesabla məğlub ediblər – 1:0.
Madridin digər təmsilçisi “Real” isə turu qələbə ilə başa vurub. “Kral klubu” azarkeşləri önündə “Valensiya”nı iki cavabsız qolla məğlub edib – 2:0.
0
0