AVRO 2024-ün ən gənc millisi: Türkiyə
24.11.2023 - 19:21
AVRO 2024-ün ən gənc millisi: Türkiyə

Türkiyə millisi AVRO-2024-ün seçmə mərhələsində daha bir müsbət fərqliliklə yadda qalıb.

Apasport.az xəbər verir ki, “ay-ulduzlu” komanda finallara vəsiqə qazanan komandalar arasında ən gənc heyətə malikdir.

Seçmə mərhələdə keçirilən oyunlarda ən az 15 dəqiqə meydanda olmaq şərti ilə aparılan hesablamalara əsasən qardaş ölkənin yaş həddi ortalama 25,42 yaş olub. Siyahıda ikinci yeri Fransa (25,59 yaş), üçüncülüyü isə Niderland (25,78 yaş) qazanıb. Finallara vəsizqə qazanan ən yaşlı komanda isə Slovakiya millisidir- 28,44 yaş. 

Qeyd edək ki, Türkiyə millisi tarixində ilk dəfə seçmə qrup mərhələsini birinci pillədə bitirərək Avropa çempionatının finallarına vəsiqə qazanıb.

0