Azərbaycan Taekvondo Federasiyası növbəti dan imtahanını həyata keçirib
10.06.2026 - 11:25
Azərbaycan Taekvondo Federasiyası növbəti dan imtahanını həyata keçirib

Azərbaycan Taekvondo Federasiyasının (ATF) iyunun 8-də Abşeron Olimpiya İdman Kompleksində təşkil etdiyi dan imtahanına 50 nəfər qatılıb.

Apasport.az xəbər verir ki, onlardan 40 nəfəri I dan, 4 nəfəri II dan, 3 nəfəri III dan, 2 nəfəri IV dan, 1 nəfəri isə V dan dərəcəsi üzrə imtahan verib.

Bunu federasiyanın mətbuat xidməti açıqlayıb.

İmtahan qurumun texniki direktoru, beynəlxalq dərəcəli referi Oh Kvanq Çeol tərəfindən keçirilib. İmtahanda federasiyanın baş katibi Aygül Abdullayeva da iştirak edib.