Əfsanələrin döyüşündə qalib müəyyənləşdi
29.07.2024 - 17:45
Əfsanələrin döyüşündə qalib müəyyənləşdi

Serbiyalı məşhur tennisçi Novak Cokoviç Fransanın paytaxtı Parisdə təşkil olunan Yay Olimpiya Oyunlarında ikinci oyununa çıxıb.

Apasport.az xəbər verir ki, o, 1/16 final mərhələsində ispaniyalı rəqibi Rafael Nadalla qarşılaşıb.

Görüş Cokoviçin qələbəsi ilə başa çatıb - 2:0 (6:1, 6:4).

Qeyd edək ki, ümumilikdə, 60 dəfə üz-üzə gələn Nadal-Cokoviç rəqabətində Novak Cokoviç 31:29 üstünlüyə malikdir. 

0