2014-cü il təvəllüdlü və daha kiçik stolüstü tennisçilərin ölkə turniri başa çatıb.
Apasport.az xəbər verir ki, “Qarabağ NN” stolüstü tennis klubunda keçirilən yarışda Bakı və Sumqayıt idmançıları ilə yanaşı, Salyan, Şirvan və Şabrandan ümumilikdə 70-ə yaxın stolüstü tennisçi bacarığını göstərib.
İştirakçılar şəxsi mübarizədə qalib və mükafatçıları müəyyənləşdiriblər. Nəticələrə əsasən, qızlardan Mehri Aslanzadə qalib adını qazanıb. O, finalda Banu İmanverdizadəni məğlub edib. Alina Miradiyeva ilə Yasəmən Həbibova üçüncü yeri tutub.
Oğlanların yarışı Əliəkbər Mirzəliyevin qələbəsi ilə başa çatıb. Həzrət Kamilov ikinci, Saleh Hümbətovla Cəfər Almədədli fəxri kürsünün üçüncü pilləsinə qalxıb.
Fərqlənən idmançılara Azərbaycan Stolüstü Tennis Federasiyasının hədiyyələri təqdim olunub.
- Bakıda keçirilən beynəlxalq tennis yarışının qalibləri bəlli olub
- Ənvər Ənvərli Azərbaycan Tennis Federasiyasının yeni prezidenti seçilib
- İslam Oyunları: Millimiz yarımfinalda məğlub oldu, bürünclə kifayətləndi
- Novak Cokoviç karyerasının 101-ci titulunu qazanıb
- Beynəlxalq padel kubokunun ikinci mərhələsi yekunlaşıb