Tennisçilərimiz Avropa çempionatında növbəti mərhələyə yüksəliblər
19.07.2024 - 16:23
Tennisçilərimiz Avropa çempionatında növbəti mərhələyə yüksəliblər

Azərbaycanın stolüstü tennisçiləri İsveçin Malmö şəhərində təşkil olunan yeniyetmə və gənclərin Avropa çempionatında növbəti mərhələyə yüksəliblər.

Apasport.az xəbər verir ki, şəxsi yarışlarda Mərziyyə Nurmətova, Aylin Əsgərova, Adil Əhmədzadə, Rüstəm Hacılı, Onur Quluzadə və Yağmur Məmmədli qrup mərhələsini adlayaraq pley-offa vəsiqə qazanıblar.

Mərziyyə Nurmətova-Aylin Əsgərova tandemi isə qoşa yarışlarda 1/32 finalda Almaniyanı, 1/16 finalda isə Çexiyanı məğlub edərək 1/8 finala yüksəliblər. Stolüstü tennisçilər bu mərhələdə yarışın əsas favoritlərindən sayılan Rumıniya komandası ilə qarşılaşacaqlar.

Qeyd edək ki, Azərbaycan U-15 və U-19 kateqoriyasında keçirilən Avropa çempionatında 12 idmançı ilə təmsil olunur. İyulun 21-də yekun vurulacaq turnirdə 40-dan çox ölkə mübarizə aparır.

0