“Azəryol” debütdə avrokubokla vidalaşdı
09.09.2019 - 09:22
“Azəryol” debütdə avrokubokla vidalaşdı

Azərbaycanın qadın həndbolçulardan ibarət “Azəryol” klubu EHF kubokunda debüt edib.

APA-nın məlumatına görə, Bakı təmsilçisi I təsnifat mərhələsində Ukraynanın “Qaliçanka” komandası ilə görüşüb.

Qarşılıqlı razılaşmaya əsasən, hər iki matç Lvovda baş tutub. İlk qarşılaşmada ukraynalılar qələbə qazanıblar – 26:24.

“Azəryol”un nominal meydan sahibi olduğu cavab qarşılaşmasında da Lvov təmsilçisi qalib olub – 23:18. Hər iki görüşdə qələbə qazanan ukraynalılar II təsnifat mərhələsinə yüksəliblər.

0
Azəryol həndbol EHF