Mərhələ keçsək...
13.12.2012 - 16:11
Qadın voleybolçular arasında CEV kubokunda “Çelenc raund” və yarımfinal mərhələlərinin cütlükləri məlum olub. Apasport.az saytının məlumatına görə, yarışın 1/4 finalında bu gün “Omiçka” ilə qarşılaşacaq “Bakı-Azəryol”un da potensial rəqibi bilinib.
Belə ki, Aleksandr Çervyakovun yetirmələri ilk qarşılaşmada uduzduqları Rusiya klubunu keçəcəkləri halda Rumıniya “Tomis”i ilə qarşılaşacaqlar. Yarımfinalda isə onları “Bank Fakro” (Polşa) – “Aluprof” (Polşa) cütünün güclüsü gözləyəcək.
Digər “Çelenc raund” cütlüyündə isə “Fənərbaxça” (Türkiyə) – “Tauron” (Polşa) və “Kalais” (Fransa) – “Uraloçka” (Rusiya) yer alıb.
Qeyd edək ki, bu mərhələnin ilk oyunları yanvarın 8-10-da, cavab görüşləri isə bir həftə sonra olacaq.

- Millimiz Portuqaliya ilə qarşılaşacaq
- Möhtəşəm geridönüş - Türkiyə Almaniyanı məğlub etdi
- Eldar Zülfüqarov Avropa Liqasının oyunlarına təyinat alıb
- Qadın və kişi voleybolçulardan ibarət millimiz Avropa Liqasında mübarizəni davam etdirirlər
- Bakıda keçiriləcək çimərlik voleybolu üzrə beynəlxalq turnirə 40 komanda qatılacaq
0
0