“Azərbaycanda klublar arasında böyük uçurum var”
26.12.2012 - 12:49
“Telekom”un voleybolçusu Françeska Giogoli komandasından ayrılmasına münasibət bildirib. Apasport.az saytının məlumatına görə, 29 yaşlı toppaylayıcı vətəni İtaliyaya qayıtmaqda özü maraqlı olduğunu söyləyib: “Özüm İtaliyaya qayıtmaq istədim. Çünki Azərbaycan çempionatında 3-4 klub çox yüksək səviyyəyə malikdir. Onlarla yerdə qalanlar arasında böyük uçurum var. Bir sözlə, böyük maddi imkanlarla yanaşı, digər texniki məsələləri də nəzərə alıb, “Bisonte Azzura” seçdim”.
Giogolinin sözlərinə görə, A2 seriyasında mübarizə aparan yeni klubuna uyğunlaşmasında hansısa problem olmayacaq: “Yeni komandamın baş məşqçisi Vanninini hələ oyunçu vaxtlarından tanıyıram. İndi isə onun rəhbərliyi altında oynamağı səbirsizliklə gözləyirəm. Ondan başqa, komandada tanıdığım voleybolçular da var. Ümid edirəm ki, kluba çox tez uyğunlaşacam və onların etimadını doğruldacam”.

- Millimiz Portuqaliya ilə qarşılaşacaq
- Möhtəşəm geridönüş - Türkiyə Almaniyanı məğlub etdi
- Eldar Zülfüqarov Avropa Liqasının oyunlarına təyinat alıb
- Qadın və kişi voleybolçulardan ibarət millimiz Avropa Liqasında mübarizəni davam etdirirlər
- Bakıda keçiriləcək çimərlik voleybolu üzrə beynəlxalq turnirə 40 komanda qatılacaq
0
0