“Hyundai”ın “sürət”ini müəyyənləşdirən oyunçumuz - FOTO
28.12.2012 - 17:30
Azərbaycan millisinin voleybolçusu Yana Ağayeva Koreya çempionatında növbəti oyununu keçirib. Apasport.az saytının məlumatına görə, təmsilçimizin şərəfini qoruduğu “Hyundai” GS klubunun qonağı olub.
Matç Ağayevanın komandası üçün yaxşı başlayıb. Onlar hətta ilk seti 16 top öndə bitiriblər – 25:9. Lakin ardınca qonaqlar 25:21 hesabı ilə tarazlığı bərpa ediblər.
Çətin keçən III setdə “Hyundai” sevinsə də (31:29), son 2 hissədə güclü olan (25:19, 15:12) GS qarşılaşmanın yekun hesabını müəyyənləşdirib – 3:2.
Yana isə matçın qəhrəmanı olub. O, komandasına 30 xal qazandırıb.
Beləliklə, XIII turda 1 xal qazanan “Hyundai” 22 xalla 5-ci yerdədir. Onları lider İBK klubundan isə 13 xal ayırır.
Qeyd edək ki, “Hyundai” ilin axırıncı matçını dekabrın 30-da keçirəcək. Onlar “Heunqkuk”la qarşılaşacaqlar.

- Millimiz Portuqaliya ilə qarşılaşacaq
- Möhtəşəm geridönüş - Türkiyə Almaniyanı məğlub etdi
- Eldar Zülfüqarov Avropa Liqasının oyunlarına təyinat alıb
- Qadın və kişi voleybolçulardan ibarət millimiz Avropa Liqasında mübarizəni davam etdirirlər
- Bakıda keçiriləcək çimərlik voleybolu üzrə beynəlxalq turnirə 40 komanda qatılacaq
0
0