“Klub seçmək şansım olsaydı, yalnız Bakı komandasına gedərdim”
30.12.2012 - 13:25
Bolqarıstanın MOİK-inin voleybolçusu Patrisiya Yonçeva karyerasını Azərbaycanda davam etdirmək istəyir. Apasport.az saytının məlumatına görə, 21 oyunçu bunu yeni il arzularını açıqlayarkən deyib.
Belə ki, 175 sm boya malik Yonçeva 2013-cü ili “Lokomotiv” xəyalları ilə qarşılayacaq: “Oyunlara hazırlaşarkən qəhvə içib, musiqiyə qulaq asmağı xoşlayıram. Mən yeni ildə də voleybol karyeramı davam etdirməyi, özümlə ailəmin sağlam və xoşbəxt olmasını istəyirəm. İndi çıxış etdiyim MOİK mənim sevimli komandamdır. Amma əgər ölkə xaricində oynamaq imkanım və özümün klub seçmək şansım olsaydı, yalnız Bakının “Lokomotiv” komandasına gedərdim”.
Qeyd edək ki, “Lokomotiv”də Bolqarıstandan Diana Nenova və Mariya Filipova forma geyinirlər.

- Millimiz Portuqaliya ilə qarşılaşacaq
- Möhtəşəm geridönüş - Türkiyə Almaniyanı məğlub etdi
- Eldar Zülfüqarov Avropa Liqasının oyunlarına təyinat alıb
- Qadın və kişi voleybolçulardan ibarət millimiz Avropa Liqasında mübarizəni davam etdirirlər
- Bakıda keçiriləcək çimərlik voleybolu üzrə beynəlxalq turnirə 40 komanda qatılacaq
0
0