“Rabitə” üçün türkiyəli gəlir
20.01.2013 - 15:37
Qadın voleybolçular arasında Çempionlar Liqasının I pley-off mərhələsinin cavab oyunlarını idarə edəcək hakimlər bilinib. Apasport.az saytının məlumatına görə, yanvarın 23-də baş tutacaq “Lokomotiv” – “Azərreyl” (hər ikisi Azərbaycan) matçı belaruslu Yuri Bakunoviçə həvalə edilib. Ona latviyalı Ritvars Alksnis köməklik edəcək.
Bu qarşılaşmadan 1 gün sonra meydana çıxacaq Azərbaycan çempionu “Rabitə”nin “Kann”la duelində isə əsas fit sahibi Mehmet Ersin Altıparmaq (Türkiyə) olacaq. Görüşdə ikinci referi funksiyasını Viktor Kozlovski (Ukrayna) yerinə yetirəcək.

- Millimiz Portuqaliya ilə qarşılaşacaq
- Möhtəşəm geridönüş - Türkiyə Almaniyanı məğlub etdi
- Eldar Zülfüqarov Avropa Liqasının oyunlarına təyinat alıb
- Qadın və kişi voleybolçulardan ibarət millimiz Avropa Liqasında mübarizəni davam etdirirlər
- Bakıda keçiriləcək çimərlik voleybolu üzrə beynəlxalq turnirə 40 komanda qatılacaq
0
0