“Yuventus” evində “Latsio”nun müqaviməti ilə üzləşib
23.01.2013 - 05:21
İtaliya kubokunda yarımfinal mərhələsinin ilk oyunlarına start verilib. Apasport.az saytının məlumatına görə, ilk matç günündə bir qarşılaşma baş tutub.
Öz meydanında A seriyasının lideri “Yuventus” “Latsio”nu qəbul edib. “Qoca Sinyora” 90 dəqiqəlik mübarizədə paytaxt klubunun müqavimətini qıra bilməyib. Hərəyə bir dəfə fərqlənən tərəflər final mərhələsinə keçən komandanın taleyini cavab görüşünə saxlayıb.
Qeyd edək ki, İtaliya kubokunun ikinci yarımfinalçıları “Roma” ilə “İnter” klublarıdırlar. Onlar isə bu axşam Bakı vaxtı ilə 23:45-də münasibətlərinə aydınlıq gətirəcək.
İtaliya Kuboku
Yarımfinal (ilk oyun)
22 yanvar
“Yuventus” - Latsio” – 1:1
23 yanvar
“Roma” – “İnter”

- Millimiz Portuqaliya ilə qarşılaşacaq
- Möhtəşəm geridönüş - Türkiyə Almaniyanı məğlub etdi
- Eldar Zülfüqarov Avropa Liqasının oyunlarına təyinat alıb
- Qadın və kişi voleybolçulardan ibarət millimiz Avropa Liqasında mübarizəni davam etdirirlər
- Bakıda keçiriləcək çimərlik voleybolu üzrə beynəlxalq turnirə 40 komanda qatılacaq
0
0