“Əminəm ki, “Azərreyl”i mübarizədən kənarlaşdıracağıq”
28.01.2013 - 11:23
“Sveriner”ə qarşı oyunda böyük müvəffəqiyyət əldə etdik. Bu da özümüzə inamı artırdı”. Apasport.az saytının məlumatına görə, bunu İtaliyanın “Yamamay” voleybol klubunun baş məşqçisi Karlo Parizi deyib.
Çempionlar Liqasının II pley-off mərhələsində “Azərreyl”lə qarşılaşacaq Apennin təmsilçisinin çalışdırıcısı iddialı danışıb. O bildirib ki, 1/6 finalda Almaniya “Şveriner”ini mübarizədən kənarlaşdırdıqdan sonra düşərgələrində əla ab-hava hökm sürür: “Komandam yüksəlişdədir. Almanlarla matçın 4-cü hissəsində və “Qızıl set”də qələbə bizə oyun səviyyəsini xeyli artırmağa kömək edə bilər”.
İtaliya çempionun baş məşqçisi “Azərreyl”i keçəcəklərinə də əmin olduğunu deyib: “Qızlardan çox razıyam. Onlara Almaniya klubu ilə oyundan sonra bir neçə günlük istirahət vermişəm. Bu qüvvələrinin bərpasına hesablanıb. Çünki sonradan “Azərreyl”ə qarşı var gücləri ilə oynamaları vacibdir. Əminəm ki, Bakı klubunu da mübarizədən kənarlaşdıracağıq”.
Qeyd edək ki, “Yamamay” – “Azərreyl” oyunu fevralın 5-də olacaq. Bakıdakı görüşün tarixi isə hələ dəqiqləşməyib.

- Millimiz Portuqaliya ilə qarşılaşacaq
- Möhtəşəm geridönüş - Türkiyə Almaniyanı məğlub etdi
- Eldar Zülfüqarov Avropa Liqasının oyunlarına təyinat alıb
- Qadın və kişi voleybolçulardan ibarət millimiz Avropa Liqasında mübarizəni davam etdirirlər
- Bakıda keçiriləcək çimərlik voleybolu üzrə beynəlxalq turnirə 40 komanda qatılacaq
0
0