“Azərbaycan yığması qrupun autsayderidir”
01.02.2013 - 13:00
21 yaşadək futbolçulardan ibarət milli komandalar arasında Avro-2015-in seçmə mərhələsinin püşkatmasından sonra qrupların tərkibi müzakirə olunmaqdadır. Apasport.az saytının məlumatına görə, Azərbaycan yığmasının rəqibi olan Makedoniya millisinin tərəfdarları da püşkə biganə qalmayıb.
Makedoniya mətbuatı İsrail, Portuqaliya, Norveç VƏ Azərbaycanla eyni qrupda yer almalarını dəyərləndiriblər. Balkanlılar qrupun aşkar autsayderini də indidən müəyyənləşdirib: “Birinci səbətdən qrupumuza İsrailin düşməsi bir az qəribə görünür. Lakin 2-3-cü səbətlərdən Portuqaliya və Norveç kimi yığmalar çıxdı. Onlar gənclər futbolunun yuxarı pillələrində duran komandalardır. Azərbaycan millisinin isə qrupun autsayderi olacağı gözlənilir. Hərçənd bu ölkədə son illərdə futbola böyük vəsaitlər xərclənir”.
Qeyd edək ki, Makedoniya və Azərbaycan U-21 yığmalarının əvvəlki hər 2 oyununda millimiz qalib gəlib. Yığmamız balkanlıları Avro-2000-in seçmə mərhələsində 2:1 və 1:0 hesabı ilə yenib.

- Millimiz Portuqaliya ilə qarşılaşacaq
- Möhtəşəm geridönüş - Türkiyə Almaniyanı məğlub etdi
- Eldar Zülfüqarov Avropa Liqasının oyunlarına təyinat alıb
- Qadın və kişi voleybolçulardan ibarət millimiz Avropa Liqasında mübarizəni davam etdirirlər
- Bakıda keçiriləcək çimərlik voleybolu üzrə beynəlxalq turnirə 40 komanda qatılacaq
0
0