Rəqibimiz Məmmədovaya “9” verdi
04.02.2013 - 09:16
Azərbaycan millisinin voleybolçusu Natalya Məmmədova Rusiya Super Liqasında növbəti oyununa çıxıb. Apasport.az saytının məlumatına görə, “Omiçka”nın şərəfini qoruyan təmsilçimiz Kazan “Dinamo”sunun qonağı olub.
Oyun Çempionlar Liqasında “Rabitə”nin rəqibi olan ev sahiblərinin asan qələbəsi ilə başa çatıb - 3:0 (25:21, 25:14, 25:12). Məmmədova isə görüşdə 9 xala sevinib.
Qeyd edək ki, “Dinamo” qələbədən sonra 39 xalla liderliyini qoruyub. Aktivində 24 xalı olan “Omiçka” isə 6-cı yerdə qərarlaşıb.

- Millimiz Portuqaliya ilə qarşılaşacaq
- Möhtəşəm geridönüş - Türkiyə Almaniyanı məğlub etdi
- Eldar Zülfüqarov Avropa Liqasının oyunlarına təyinat alıb
- Qadın və kişi voleybolçulardan ibarət millimiz Avropa Liqasında mübarizəni davam etdirirlər
- Bakıda keçiriləcək çimərlik voleybolu üzrə beynəlxalq turnirə 40 komanda qatılacaq
0
0