“Azərbaycan çempionu ilə matç formal xarakter daşıyırdı”
04.02.2013 - 16:59
“Azərbaycan çempionu ABU ilə yalnız ilk oyunun 15 dəqiqəsində bir az çətinlik çəkdik. Çünki biz rəqibdən nə gözləməli olduğumuzu bilmirdik”. Apasport.az saytının məlumatına görə, bu sözləri Polşanın “Politexnika” klubunun həndbolçusu Marta Dabrovska deyib.
Qadın həndbolçular arasında “Çelenc Cup”in 1/16 final mərhələsinin hər 2 oyununda (38:15, 37:22) Azərbaycan çempionu ABU-nu məğlub edən polşalıların həndbolçusu qələbələrdən danışıb: “İlk 15 dəqiqədə rəqibin gücünə bələd olduq. Sonra isə işimiz asan oldu. İkinci matç isə formal xarakter daşıyırdı. Sadəcə həddən artıq sakitləşib oyunun ipini əldən verməməyə çalışırdıq. Nəticədən məmnunuq və indi növbəti mərhələni gözləyirik”.

- Millimiz Portuqaliya ilə qarşılaşacaq
- Möhtəşəm geridönüş - Türkiyə Almaniyanı məğlub etdi
- Eldar Zülfüqarov Avropa Liqasının oyunlarına təyinat alıb
- Qadın və kişi voleybolçulardan ibarət millimiz Avropa Liqasında mübarizəni davam etdirirlər
- Bakıda keçiriləcək çimərlik voleybolu üzrə beynəlxalq turnirə 40 komanda qatılacaq
0
0