“Bu dəfəki imtahanı da uğurla verə bilərik”
05.02.2013 - 09:43
“Ötən il “Qızıl set”də uduzduğumuz Kazan “Dinamo”su ilə “Yamamay” bir-birindən fərqlənir. Elə biz də tamamilə yeni komandayıq”. Apasport.az saytının məlumatına görə, “Azərreyl”in voleybolçusu Sara Anzanello deyib.
Təcrübəli oyunçu Çempionlar Liqasının II pley-off mərhələsinin “Yamamay”la (İtaliya) ilk oyun ərəfəsində fikirlərini açıqlayıb. Ötən mövsüm “Dördlər finalı”nın bir addımlığında “Dinamo”ya (Kazan) Bakıda “Qızıl set”də uduzan Anzanello bu dəfə eyni aqibəti yaşayacağına inanmır: “Bu il yeni və güclü komanda qurmuşuq. Birgə səylərimiz nəticəsində çətin sınaqlardan çıxaraq bu mərhələyədək irəliləmişik. Biz sadəcə öz oyunumuzu oynayıb, bu dəfəki imtahanı da uğurla verə bilərik. Bir şeyi də unutmayaq ki, rəqibə Azərbaycanda cavab matçında mərhələ adlamaq heç də asan olmayacaq”.
Qeyd edək ki, “Azərreyl” İtaliya çempionu ilə bu gün səfərdə Bakı saatı ilə 23:30-da qarşılaşacaq.

- Millimiz Portuqaliya ilə qarşılaşacaq
- Möhtəşəm geridönüş - Türkiyə Almaniyanı məğlub etdi
- Eldar Zülfüqarov Avropa Liqasının oyunlarına təyinat alıb
- Qadın və kişi voleybolçulardan ibarət millimiz Avropa Liqasında mübarizəni davam etdirirlər
- Bakıda keçiriləcək çimərlik voleybolu üzrə beynəlxalq turnirə 40 komanda qatılacaq
0
0