Montano – Qamova – 29:24
14.02.2013 - 19:09
Çempionlar Liqasının II pley-off mərhələsində “Rabitə” (Azərbaycan) - “Dinamo” (Kazan, Rusiya) matçının qəhrəmanının adı məlum olub. Apasport.az saytının məlumatına görə, paytaxt klubu 3:1 hesabı ilə qələbə qazandığı görüşdə bombardir adını yenə Madeleyne Montano qazanıb.
Kolumbiyalı hücumçumuz kazanlıları 29 dəfə səhv etməyə məcbur edib. Azərbaycan çempionunun digər voleybolçularından - Foluke Akinradevo 17, Aurea Kruz 13, Nataşa Krsmanoviç 7, Angelina Qrün 5, Dobriana Rabadjiyeva 4, Sanya Staroviç və Katarjina Skorupa hərəyə 2 xal toplayıb.
“Dinamo”nun heyətində isə Yekaterina Qamova məhsuldarlığı ilə fərqlənib. O, “Rabitə”dən 24 xal almağı bacarıb.
Qeyd edək ki, hər 2 oyunda kazanlıları 3:1 hesabı ilə məğlub edən “Rabitə” “Dördlər finalı”na yüksəlib.

- Azərbaycan Voleybol Federasiyası hakimlərin hazırlığı üzrə seminarın sonuncu mərhələsini keçirib
- Azərbaycanlı mütəxəssis 1/4 final görüşündə
- Azərbaycan millisi İspaniyada AVRO-2026-nın təsnifat turnirində mübarizə aparacaq
- Yüksək Liqada pley-off mərhələsinin təqvimi bəlli olub
- “Azərreyl”dən inamlı qələbə
0
0